“MTN işi”: “İlqar Əliyevin göstərişi ilə Mətləb Mustafayevin üzərində aparatla əməliyyat aparmışıq”

Print Friendly, PDF & Email

Prosesdə MTN-in keçmiş əməkdaşı, general-mayor Məzahir Yaqubov ifadə verib. “Report”un xəbərinə görə, o, “Azərsu” ASC-də iqtisadçı işləmiş Mətləb Mutafayevin qanunsuz olaraq həbs edilməsi epizodu üzrə danışıb: “Aantiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin göstərişi ilə Mətləb Mustafayevin üzərində “aparatla əməliyyat aparmışıq. Aparat həmin şəxsin düzgün danışıb-danışmaması ilə bağlı olub. Ürək döyüntülərindən hiss etdik ki, Mətləb Mustafayev düz danışır. Bu əməliyyatda İlqar Əliyevin özü də iştirak edib”.

Mətləb Mustafayev bildirib ki, həbsdə olduğu müddətdə Məzahir Yaqubovla 3 dəfə deyil, 5 dəfə görüşüb.

Daha sonra Monitoqinq Mərkəzinin sabiq əməkdaşı olmuş Təranə adlı qadın ifadə verib. O qeyd edib ki, telefon danışıqlarının dinlənilməsi üçün göstərişi nazir Eldar Mahmudov verib. Onun sözlərinə görə, nazirin göstərişi, general Natavan Mirvətovanın dərkənarı ilə şəxs və ya şəxslərin telefonlarını dinləyiblər.

Daha sonra prokuror Mahirə Süleymanovanın məhkəməyə məcburi gətirilməsi barədə vəsatət verib.

İddia olunur ki, Mahirə Süleymanova Elçin Quliyevin tanışı olub.

Proses sentyabrın 25-də davam etidiriləcək.

...