Dünya

Eks-prezident məhkəmədən tələb etdi: “Məni həbsdə saxlayın”

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev məhkəmədən həbsdə saxlanılmasını xahiş edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat verib. “Məhkəmədən bir tələbim var – məni həbsdə saxlayın”, – deyən siyasətçi, ona 11 il həbs cəzası verildiyini, eyni zamanda ona qarşı heç bir ifadə olmadığını bildirib.

Atambayev həqiqətin qalib gələcəyinə inandığını deyib. Keçmiş dövlət başçısı onunla bir yerdə həbs çəkən Kanat Saqınbayevlə Fərid Niyazovun sadəcə “ona xəyanət etmədikləri” üçün azadlıqdan məhrum edildiklərinə diqqət çəkib.

Xatırladaq ki, Atambayev oktyabrın 5-dən 6-na keçən gecə kütləvi etiraz aksiyaları zamanı tərəfdarları tərəfindən həbsxanadan azad edilib. Sərbəst buraxılması nəticəsində məhkəmə onun barəsində seçilmiş həbs-qəti imkan tədbirini ev dustaqlığına dəyişdirib. Ancaq oktyabrın 10-da keçmiş prezident yenidən respublikanın xüsusi xidmət orqanları tərəfindən həbs edilib.

Bənzər yazılar

Back to top button