İŞİD-ə nə qədər azərbaycanlı qoşulub?

Print Friendly, PDF & Email

Təxminən 900 Azərbaycan vətəndaşı Suriya və İraqda qanunsuz silahlı burləşmələr və terror təşkilatlarına qoşulub.

“Qaynarinfo” xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Təhlükəsizliyi Xidmətindəki mənbə bildirib.

“Bizdə olan məlumatlara əsasən, Yaxın Şərqdə (Suriya və İraqda – “İF”) hərbi əmliyyatlar başlanandan təxminən 900 Azərbaycan vətəndaşı qanunsuz silahlı birləşmələrə və terror təşkilatlarına qoşulub. Həmçinin bizdə onların əksəriyyətinin anti-terror əməliyyatları zamanı öldürüldüyü barədə məlumat var”, – agentliyin müsahibi bildirib.

Öncə DTX-nin rəis müavini, general-mayor İlqar Musayev agentliyə bildirmişdi ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib.

...