“İDEAL” mağazalar şəbəkəsinin sabiq baş direktoru ev dustağı edildi

Print Friendly, PDF & Email

Parfumeriya və kosmetika mağazaları şəbəkəsi “İDEAL”ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, İ. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.

Binəqədi Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, İ. İsmayılov bu ilin yanvarında vəzifəsindən istefa verib.

...