CəmiyyətDünya

Ukrayna koronavirusu dərhal üzə çıxaran test hazırladı

Ukraynada yeni koronavirusun epidemiyası fonunda xəstəliyin aşkarlanması üçün yeni test sistemi hazırlanaraq sınaqdan keçirilib.

Qaynarinfo xəbər verir ki, araşdırmalar “Diagen” molekulyar genetik laboratoriyasında aparılıb, test sistemi bütün standart testlərdən keçib.

Laboratoriyanın direktoru və Milli Tibb Elmləri Akademiyasının Gerontologiya İnstitutunun tədqiqatçısı Aleksandr Kolyada UNN-ə bildirib ki, artıq həkimlərin ixtiyarında on test var.

Onun sözlərinə görə, belə bir miqdar 500 nəfərdə infeksiyanın diaqnozu üçün kifayətdir və lazım gələrsə, daha çox sayda test sistemi istehsal ediləcək.
Bundan əlavə, Ukrayna öz tərcrübələrini bölüşməyə hazırdır. 50 nəfər üçün test sistemlərinin qiyməti beş min qrivnadır (təxminən 200 dollar).

Xatırladaq ki, bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) komandası yeni koronavirusun epidemiyasını araşdırmaq üçün Pekinə gedib. Təhlükəli xəstəlik qurbanlarının sayı 1770 nəfəri ötüb.

Bənzər yazılar

Back to top button