Texnologiya və sahibkarlıq dünyasından olan milyarderlərin, içərisində hovuzları, bağları və xüsusi dəniz sahillərinə sahib olan evlərini sizə təqdim edirik.
Bill Geyts
Microsoftun qurucusu Bill Geyts dünyanın ən zəngin insanı olaraq belə bir evə sahib olması heç də təəccüblü deyil. Xanadu 2.0 adlı bu məskən 123 milyon dollar dəyərindədir və təxminən 6 min kvadratmetrlik sahədə yerləşir.
Mark Zukerberq
Facebookun qurucusu Mark Zukerberqin Kaliforniyada yerləşən evi son texnologiya ilə təchiz edilmişdir və 7 milyon dollar dəyərindədir. Bu ev 5 ədəd yataq otağına malikdir. Mark Zukerberq keçən il ətrafda yerləşən 4 evi, gizlilik səbəbi ilə, 30 milyon dollara satın almasıyla gündəmə gəlmişdi.
Maykl Dell
ABŞ-ın Havay adasında nəhəng bir evə sahib olan Maykl Dell siyahıdakı evlərin arasındakı ən böyük evə sahibdir. Özünün daha çox yaz fəslində istifadə etdiyi malikanə, 7 yataq otağı və 9 vanna otağına malikdir
Ceff Bezos
Amazonun qurucusu Ceff Bezosun evində 4 yataq otağı və 6 hamam var. Bu ev təxminən 13 milyon dollar dəyərindədir
Larri Pac
Palo Altoda yerləşən Larri Pacın evi təxminən 8 milyon dollar dəyərindədir. Evdə 6 otaq və 6 hamam var və ev 2005-ci ildə satın alınıb.
Evan Şpiegel
Günümüzün populyar sosial media tətbiqi olan Snapchatin qurucu Evan Şpiegel Los Ancelesdəki evi 12 milyon dollar dəyirəndədir. Evdə bir ədəd üzgüçülük hovuzu və idman zalı da var və bu ev əvvəlcədən məşhur aktyor Harrison Forda məxsus idi.
Stiv Ballmer
Microsoftun keçmiş icraçı direktoru olan Stiv Ballmerın Vaşinqtondakı evində tennis kortu və hovuz var.
Elon Musk
Günümüzdə ən çox danışılan adlardan biri olan Tesla və SpaceXin banisi Elon Muskinin evi Los Ancelesdədir. Bu ev üçün Elon Musk 17 milyon dollar ödəmişdir.
Mənbə: biznesmen.az