Siyasət

Ceyhun Bayramov III Karl və Böyük Britaniyanın xarici işlər nazirilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda Ukraynanın bərpası üzrə konfrans çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

“Tərəflər Azərbaycanla Böyük Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onların genişləndirilməsi istiqamətində birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da möhkəmləndirilməsi qeyd olunub”, – Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitterdəki məlumatında deyilir.

Öz növbəsində, Kleverli Azərbaycanın Ukraynaya humanitar yardımına görə Ceyhun Bayramova təşəkkür edib. Bu barədə Kleverli Tvitterdə yazıb.

“Böyük Britaniya Cənubi Qafqazda çiçəklənmə, sülh və təhlükəsizliyə tərəfdardır”, – o deyib.

Kleverli hesab edir ki, “Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi yaxındır”.

Həmçinin Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlz ilə görüşüb.

Bənzər yazılar

Back to top button