Türkiyənin Bərzaniyə son xəbərdarlığı (VIDEO)

Print Friendly, PDF & Email

Türkiyə parlamenti İraq və Suriya məsələsini müzakirə etmək üçün növbədənkənar iclasa başladı.

Yenicag.az xəbər verir ki, iclasdan sonra Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ jurnalistlərə açıqlama verib.

Bozdağın sözlərinə görə, referendum sabitliyi və sülh mühitini pozacaq, ortaya bir çox təhlükəli risklər və gözlənilməz nəticələr çıxaracaq.

“Bəzi problemlərini həll etmək üçün bu addımı atdığını söyləyənlər, sabah həll edə bilməyəcəyi daha böyük problemlərlə qarşı-qarşıya qalacaq. Mosul və Kərküklə bağlı məsələlər hələ də dəqiqliklə həll edilməyib. Bu səbəbdən, mübahisəli bölgələrin də referenduma daxil edilməsi dəhşətli, böyük bir səhvdir. Bu səbəblə, Türkiyə son dəfə İraq Kürdüstanını ağlı başında hərəkət etməyə çağırırıq. Bu referendumdan imtina edin. Bu referendumu ləğv edin. Həm ölkənin, həm də bölgədə yaşayanların xeyri üçün referendum ləğv edilməlidir”.
Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.

...