İqtisadiyyat

İsveçrə şirkəti Azərbaycanın sığorta bazarını tərk edib

Azərbaycan Mərkəzi Bankı 1 hüquqi şəxs sığorta brokerinə və 3 fiziki şəxs sığorta agentinə verdiyi vasitəçi lisenziyalarını ləğv edib.

Bu barədə tənzimləyici qurumun internet səhifəsində bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı qərar yanvarın 10-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

Bazarı tərk etmiş hüquqi şəxs İsveçrənin “Societe de Courtage” şirkətinin Azərbaycandakı törəməsidir, sığorta və təkrarsığorta brokeri kimi fəaliyyət göstərib.(Turan)

Bənzər yazılar

Back to top button