Dünya

Bayden: ABŞ Ukraynanın hava hücumundan müdafiəsinə xüsusi diqqət ayırır

Bazar günü ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində deyib ki, Vaşinqton ilk növbədə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üzrə tədbirlərə diqqət yetirir, Turan-ın Vaşinqton müxbiri bildirib.

Bayden telefon söhbəti zamanı ABŞ-ın Ukraynanın müdafiəsinə dəstəyini dail davam etdirəcəyini vurğulayıb, çünki Rusiya mühüm əhəmiyyətli infrastruktura hücumlarını davam etdirir”, – Ağ Evin hesabatında deyilir.

Bayden Rusiyanın məqsədyönlü hücumlarından sonra Ukraynanın enerji sisteminin sabitliyini artırması üçün enerji infrastrukturuna 53 milyon dollar ayrılmasına da diqqət çəkib.

O, Zelenskinin Birləşmiş Millərlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərin əsasında ədalətli dünyaya açıq olduğunu bəyan etməsini alqışlayıb.

Bayden həmçinin “ABŞ-ın Ukraynaya təhlükəsizlik sahəsində, iqtisadi və humanitar yardım göstərməyə davam etmək, öz hərbi cinayətlərinə və vəhşiliklərinə, təcavüzə görə Rusiyanın üzərinə məsuliyyət və xərclər qoymaq öhdəliyini bir daha təsdiqləyib”, – Ağ Evin bəyanatında deyilir.

Bənzər yazılar

Back to top button