Messi hələ heç vaxt belə başlamamışdı

Print Friendly, PDF & Email

“Barselona”nın hücumçusu Lionel Messi bu mövsünə uğurla başlayıb

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu La Liqanın ilk 5 turunda 9 qol vurub. Bu da onun bütün karyerası ərzində ən uğurlu başlanğıc sayılır.

30 yaşlı ulduz oyunçu 2 qolu “Alaves”ə, 3 qolu “Espanyol”a, 4 qolu isə “Eybar”a vurub. Bunadək Messinin ən yaxşı göstəricisi 2011/12 mövsümündə olmuşdu. Həmin vaxt o, ilk 5 turda 8, yekunda isə bütün turnirlərdə 82 qol vurmuşdu.

Messi İspaniya çempionatlarında ilk 5 turda neçə qol vurub?

2004/05 – 1
2005/06 – 0
2006/07 – 2
2007/08 – 5
2008/09 – 4
2009/10 – 5
2010/11 – 3
2011/12 – 8
2012/13 – 6
2013/14 – 7
2014/15 – 3
2015/16 – 3
2016/17 – 4
2017/18 – 9

Messi də 9 qol vurub, “Real” da

Qeyd edək ki, həm də Messinin bu mövsüm vurduğu qollar sayəsində “Barselona” 15 xalla liderdir. Kataloniya klubu əzəli rəqibi “Real”ı 7 xal qabaqlayır. Maraqlıdır ki, bu mövsüm “Real” bütün komanda olaraq cəmi 9 qol vurub. Yəni bir tək Messinin vurduğu qolların sayı qədər.

...