Dünyanın ən qəddar mafiyası – FOTOLAR

Print Friendly, PDF & Email

Həm də MS-13 kimi tanınan Mara Salvatruça dünyanın ən qəddar və təhlükəli kriminal qruplaşmalarından sayılır. Digər cinayətkar sindikatlar qədər böyük gəlirləri olmasa da, MS-13-ün şöhrəti bütün amerikan qitəsinə yayılıb.

Oxu.Az-ın məlumatına görə, hazırda bu qruplaşma ABŞ-ın 42 ştatında və Latın Amerikasının bir neçə dövlətində fəaliyyət göstərir. Müxtəlif məlumatlara görə, qrupun 70-100 min arası üzvü var. Əsas gəlir mənbələri narkotik alveridir.

Qəddarlığı ilə seçilən dəstənin sevimli silahı maçetedir. Öldürülən bəzi şəxslərin başları kəsilərək itlərə yedizdirilir.

Qətl və narkotik alverindən başqa, qruplaşma insan alveri, sutenyorluq və reket ilə də məşğuldur. MS-13 qruplaşmasının hay-küylü cinayətlərindən biri, 2002-ci ildə Bostonda biri əlil arabasında, digəri isə kar olan iki məhdud imkanlı yeniyetmə qızı zorlayaraq öldürməsi olub.

MS-13 xəbərçilər ilə daha amansız davranır. “Əgər xəbərçilik edirsənsə öləcəksən”, – qruplaşmanın qaydalarından biri bucürdür. Bu qaydada heç bir istisnaya yol verilmir. Kriminal keçmişi ilə bitirmək istəyən və FBİ-a məlumatlar ötürən Brenda Baz, hamilə olmasına baxmayaraq sevgilisi tərəfindən öldürülmüb.

Qruplaşmaya daxil olmaq istəyən şəxslər 13 saniyə ərzində qrup üzvləri tərəfindən döyülür. Bundan sonra o ilk tapşırığını yerinə yetirməlidir: kiminləsə ya dalaşmalı, ya qarət etməli ya da kimisə öldürməlidir.

Qruplaşmanın devizi: “Öldür. Zorla. İdarə et”

Qruplaşmanı1979cu ildən 1992-ci ilə qədər davam edən vətəndaş müharibəsinə görə, Salvadordan qaçan mühacirlər qurub. Qanuni və yaxşı məvacibli iş tapa bilməyən mühacirlər kriminal yollara baş vurublar. MS-13 üzvlərinin vətənlərindəki qarşılaşdığı dəhşət, digər qruplaşmalardan fərqli olaraq, onlara insanları daha rahat və daha amansızcasına öldürməyə imkan verib.

İyul ayında ABŞ prezidenti Donald Tramp çıxışında, administrasiyanın əsas məqsədlərindən biri “MS-13-ü tərkisilah və məhv etmək” olduğunu bildirib. “Onlar Əl-Qaidədən də daha pisdilər”, – deyə Tramp bildirib.

...