İdman

Kriştianu Ronaldu bu kluba keçir – Şok iddia

“Yuventus” ulduzu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasına qayıdır.

Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşri yazıb.

İddia olunub ki, portuqaliyalı futbolçu “Mançester Yunayted”ə geri dönə bilər. Qəzet yazır ki, 35 yaşlı futbolçu yayda “Yuventus”dan ayrılacaq və “Old Trafford”a dönəcək. Onunla həmçinin PSJ-nin də yaxından maraqlandığı bildirilib.

Qeyd edək ki, Ronaldu 2009-cu ildə həmin vaxt üçün rekord məbləğə – 94 milyon avroya “Mançester Yunayted”dən “Real”a keçib.

Bənzər yazılar

Back to top button