BannerHadisəXəbərlər

Azərbaycanda meşə yanır – Texnika dağa çıxa bilmir

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.

APA xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğının yüksək dağlıq meşəlik ərazidə baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdür. Hazırda yanğınsöndürənlər digər vasitələrlə yanğına müdaxilə etməyə çalışırlar.

Bənzər yazılar

Back to top button