Hadisə

Məktəb direktoru sərt karantin rejimini pozaraq özünə ad günü keçirib – VIDEO

187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova karantin qaydalarını pozaraq, ad günü məclisi təşkil edib.

Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb.

Pia.az yayılan məlumatı və videogörüntünü olduğu kimi təqdim edir:

“Şəhidlərimizə hörmətsizliyin cavabı ən ağır şəkildə verilməlidir. İnanırıq ki, dövlətin qərarlarını heçə sayan direktor ilə bağlı Təhsil Nazirliyi ölçü götürəcək”.

Videoda məktəb direktoru Nailə Məmmədovanın öz işçilərindən zinyət əşyalarını hədiyyə olaraq qəbul etdiyi görünür.

Qeyd edək ki, Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin karantin qaydalarını pozaraq bu dəfə ad günü keçirən direktoru Nailə Məmmədovanın adı dəfələrlə mətbuatda qalmaqallı məsələlərdə hallanıb.

Bənzər yazılar

Back to top button