“Qarabağ”ın yaxşı hücum xətti var” – “Roma”nın baş məşqçisi

Print Friendly, PDF & Email

“Bizi səfərdə “Qarabağ”la asan oyun gözləmir. Rəqib meydanında xüsusi atmosfer olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqanının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın baş məşqçisi Eysebio Di Françesko İtaliyanın Quotidiano nəşrinə açıqlamasında deyib.

O, Ağdam klubunun futbolçuları haqda kifayət qədər məlumat topladığını bildirib: “Mən “Qarabağ”ın futbolçularını tanıyıram, onlar haqda məlumat toplamışam. “Qarabağ”ın yaxşı hücum xətti var. Rəqib fiziki cəhətdən ideal vəziyyətdə olmaya bilər, ancaq biz oyuna mütləq yaxşı formada çıxmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” sentyabrın 27-də Bakı Olimpiya Stadionunda “Roma”nı qəbul edəcək.

...