Məşhur iş adamı Zakir Fərəcovu ifşa etdi: “… mənim də torbamı tikib”

Print Friendly, PDF & Email

“AAAF Holdinq” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov ona edilən təzyiqlərin arxasında duran məmurlardan birinin adını açıqlayıb. AzToday.az xəbər verir ki, iş adamı yazdığı “facebook” statusunda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun ünvanına ittihamlar sələndirib. Həmin statusu olduğu kimi təqdim edirik:

“Video müracietim kimlerinse xoşuna gelmeye biler. Amma cenab Prezidentimiz sahibkarlara süni maneler yaradan memurlar haqqında ona müraciet etmemizi istemesinden sonra bunu etmemeyim en azı ağılsızlıq olardı. Bu işlerin tam açılması üçün uzun illerdi araşdırmalar aparıb çoxlu faktlar elde ede bilmişem. Ele bil bu günün on il evvel olacağını tam eminlikle bilirdim. Bu gün Prezidentimize verilesi ele faktlar ve melumatlar var ki, özüm her defe baxanda şoka düşürem.

İlk önce AAAF parkda gözleri ola bilen adamları tapmaq üçün 20 illik topladığım bu arxive nezer saldım. Bu gün texmini üç adamdan şübhelenirem ve inanıram ki bu işin arxasından bu üç adamdan biri çıxacaq. Uzun olmasın deye birincisi haqqında bu günkü statusumda yazacağam.

İlk şübhelendiyim şexs senedlerimizde ve AAAF yazısının üzerinde qeyd olunan”. “Mülk Allaha mexsusdur” sözünün yazılmasının sebebkarı Abşeron rayonunun keçmiş başçısı hörmetli Zakir müellimdir. Menim idmandan uzaqlaşıb biznese başlamağımın sebebi Vahid Nezerov olubsa, bele böyük lahiyeler qurmağımın sebebi de Zakir müellim olub.

2001- ci ilde Xırdalanda AAAF ın ilk zalını başlamışdıq. Abşeron rayon İH – başçısı Mirze Novruzov ( Allah rehmet elesin ) bize 26-cı mehellede ağır atletika zalı, obyekler ve heyet evleri tikintisi üçün xeyli torpaq sahesi ayırmışdı. Tez bir zamanda bu torpaq sahesinde gözel iş qura bildim. Zalımız, obyektlerimiz yaxşı pul qazanır, satış üçün tikdiyimiz evler üçün növbe olurdu. Müşteriler o qeder mene inanırdılar ki, pulu ödeyirdiler sened bele istemeden evi özün nece tikirsen tik deye gedirdiler. Aylıq gelirim 50 000 manatı keçmek üzre olan vaxtı Zakir müellim Abşeron rayonuna İH teyin olundu. İlk olaraq bizim evleri dayandırdı, iki ay sonra icaze verdiyi evleri sökdürmeye başladı. Polis reisi meni tutmağla hedeleyib şöbede xeyli saxladı. İdmançı olmağım meni xilas etdi hemen vaxt. Müraciet yazdım Prezidente suretini verdim başçıya. Açığı prezidente göndermeyi özüme sıxışdırmadım. Qorxudmaq üçün bele etdim. Neise Uzun olmasın 300 000 manat ziyana düşdüm. En çetini ise sakinlere çıraxış vere bimemeyim oldu. Bir hefteye 1000 manata başa gelen çıxarış iki ile 3500 manata gücle başa geldi. Mecburen şeher statusu verilib Xırdalana deye binalar tikmeye başladım. Çox fikirleşdim çıxarış vere bilmediyim müşterilerle ne edim, axırı tapdım. Çıxarışa oxşar müqavileler hazırladım üzerine ” Mülk Allaha mexsusdur yazdım” . Kim çıxarış isteyirdise deyirdim bu dünyada heç bir şey bize aid deyil. ” Mülk Allaha mexsusdur” hamıda razılaşıb teşekkür edirdi mene. Hetta bir nefer iki mertebe tikdirmek istediyi halda bu sözden sonra fikrini deyişib balaca ev istedi ki, bu dünyadan gedende heqiqeten de bir şey apara bilmeyeceyik.

AAAF parkı başlayanda fikirleşdim bu kiçik evler deyil, bu obyekti elimden almaq isteyecekler. Bilirdim çox çetin olacaq ona göre bu quran ayesini reklam kimi böyük ölçüde Parkın her yerine vurdum ve niyyet etdim ki, burada her şey Allah rızası üçün ve ağır atletika üçün olacaq. Kimin burda gözü olsa Allaha hevale edib işe başladım.

Serencam almağa gedende Zakir müellim esebleşmişdi ki, men oranı cenab prezidente demişdim, bankdan alacağdım ve 200 milyon pul qazanacağdım. Aramız yaxşı idi, dedim müellim başqası almayıb ki, men almışam narahat olmayın. Eslinde gec bildim ki , Beynelxalq Bankın elinden almaq isteyirmiş bu obyekti. Yoxsa heqiqeten girişmezdim bu işe. Neise serencam aldım. Hamıdan xeyir dua aldım başladım işlere. Zakir müellim yeri var idi Heydar parkı ile üzbeüz, oranı mene teklif etdi almağa. Dedim satmağa ehtiyac yoxdu men oranı tikerem sizin üçün en azı 30 milyon qazanc götürüb şeherin inkişafına xercleyesiniz. 5 milyona satdığı bu torpaqdan inanmırdı ki, men bu qeder qazanc çıxarım. Bankdan götürdüyüm kreditlerle öz şirketimizin adına başladım bu kompleksi de tikmeye. Çox çetinliklerle qarşılaşdım 30 dan artıq qaçqın ve o yerde işlemiş aileler var idi orada. Aaaf parkda onlara üçotaqlı temirli evler verdim ve gözel bir kompleks inşa etdim. Banka ve vergiye yaranan borcların çox hissesi bu kompleksden yaranıb. Müeyyen ödenişler edirdi mene, hamısı mende var. Birde baxdım ki, bu adam bu qeder bunun üçün iş gördüyüm halda sevil massivi ile birge menim de torbamı tikib. Tez ayıldım Ramiz Mehdiyevin oğlunun Masazırda yeri var idi onuda biz lahiyendirib tikmeye başlamışdıq saxladım işleri. Dedim sizle işlemeyeceyem özünüze başqa firma açın. Sonradan Abşeron siti ve başqa adla işlerini davam etdirdiler. 70 000 kv m den artıq tikinti inşa etdim onun üçün Ve çox gözelde satış oldu. Evezinde AAAF parka müdaxileler İH terefinden bu güne kimi dayanmadı ki, dayanmadı. ( ardı var)”

...