DYP «zerkalni» nömrələrin əsl qiymətini açıqladı (FOTO)

Print Friendly, PDF & Email

Bakıda vətəndaş “zerkalni” avtomobil dövlət nömrə nişanı almaq istəyən şəxs Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb.

AzToday.az baku.ws-ə istinadən xəbər verir ki, Pərviz Məmmədov adlı şəxsin DYP-yə yazdığı məktubda “333 444 222” tipli nömrə almaq istədiyini bəyan edib.

DYP-dən isə vətəndaşın müraciətinə cavab gecikməyib. Bildirilib ki, sürücü 500 AZN dövlət rüsumu ödəməklə “zerkalni” avtomobil dövlət nömrə nişanı ala bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin cavabını təqdim edirik.

...