İdman

UEFA “Qarabağ” – “Roma” oyununa təyinatları açıqladı

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçı Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək. Ona Rui Tavares və Paulo Soares yardımçı olacaq. Dördüncü hakim funksiyasını Bruan Rodriges yerinə yetirəcək.

Oyunun hakim-inspektoru İsraildən Haim Yakov, UEFA nümayəndəsi Estoniyadan Oleq Xarlamov olacaq.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Roma” görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button