Cəmiyyət

2500-dən çox gənc bu il diplom ala bilmədi

2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinə ümumilikdə 33 880 gənc qəbul olub.

Onlardan dövlət ali təhsil müəssisələrində 28 839 nəfər, özəl ali təhsil müəssisələrində isə 5 041 nəfər təhsil almaq hüququ qazanıb.

Təhsil Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, 2016/2017-ci tədris ilində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bakalavriat səviyyəsi üzrə bitirənlərin (diplom alanların) sayı ümumilikdə 30 457 nəfər olub.

Onlardan 22 100 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan, 4 372 nəfəri digər dövlət qurumlarının tabeliyində olan, 3985 nəfəri özəl təhsil müəssisələrini bitirib.

Nəzərə alsaq ki, 2013/2014-cü tədris ilində Azərbaycan Tibb Universitetinə qəbul olan 932 gəncdən 104 nəfəri (4 illik əczaçılıq fakültəsi) bu il oranı bitirib. Bu da o deməkdir ki, 828 tələbə hələ də təhsilini davam etdirir.

Yekun nəticəyə görə, bu il 3423 nəfər diplom ala bilməyib. Bu saydan da ATU-da tədrisini davam etdirən 828 tələbəni nəzərə alsaq, deməli, azı 2595 tələbə diplomsuz qalıb.

Bənzər yazılar

Back to top button