İdman

“Fənərbaxça”- “Beşiktaş” oyununun hakiminə AĞIR CƏZA

Ötən şənbə Türkiyə Super Liqasının “Fənərbaxça”- “Beşiktaş” oyununda fit çalan hakim Ali Palabıyık cəzalandırılıb.

Lent.az-ın məlumatına görə, Mərkəzi Hakim Komitəsi Ali Palabıyıka derbidəki kobud səhvlərinə görə 6 oyunluq cəza verəcək.

Həmçinin hakimin köməkçiləri ilə birgə derbilərdə fit çalmayacağı və ümumiyyətlə, bu il ərzində “Beşiktaş”ın oyunlarını idarə etməyəcəyi bildirilib.

FİFA referisi olan Ali Palabıyıkın 6 həftə sonra TFF1 liqasındakı qarşılaşmaları idarə edəcəyi qeyd edilib.

Qeyd edək ki, qarşılaşma “Fənərbaxça”nın 2-1 hesabı ilə qalibiyyəti ilə başa çatıb. Oyun ərzində Palabıyık 5 qırmızı kart və 2 penal verib.

Bənzər yazılar

Back to top button