Cəmiyyət

“Erməni faşizmi” kitabı Türkiyədə təqdim edildi (FOTO)

24 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Türkiyənin Kayseri şəhərində “Yoğun Burç” Sənət və Mədəniyyət Mərkəzində professor Qafar Çaxmaqlı “Erməni faşizmi” kitabınının təqdimatını keçirib.

Tədbirdə çıxış edən tarixçi alim Serdar Kozan Q. Çaxmaqlının son illərdə ermənişünaslıq sahəsində fəaliyyəti barədə məlumat verib. Anadolu Sosial, Siyasət və Mədəni Araşdırmalar Mərkəzinin sədri Erhan Özhan tədbirdəki çıxışında Q. Çaxmaqlının “Erməni faşizmi” kitabının qonşu xalqın ruhunu və mənəviyyatını saran xəstəlikləri ortaya çıxarmaqda önəmli rola malik olduğunu vurğulayıb. Tədqiqatçı-yazar Emrah Bekçi isə professor Q. Çaxmaqlının kitabında hələ II Dünya Müharibəsindən əvvəl ermənilər arasında meydana çıxmış faşizm meyllərinin daha sonra Hitlerlə əməkdaşlığa çevrildiyini faktlarla ortaya çıxardığını və faşistlərlə birbaşa əməkdaşlıq etmiş Qaregin Njdenin xəyanətkar fəaliyyətlərini arxiv sənədləriylə sübut etdiyinə diqqəti cəlb edib. O, erməni toplumuna xas olan irqçi “Tsexakronizm” cərəyanı barədə belə bir kitabın yazılmasının Türkiyəyə də çox faydalı olduğunu söyləyib.

Qeyd edək ki, son illərdə Q. Çaxmaqlının 6 kitabı işıq üzü görüb.

Bənzər yazılar

Back to top button