CəmiyyətHadisəXəbərlər

Bakıda Xəstəxanada meyit ortalıqda qaldı– VİDEO

Dünən Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasında xoşagəlməz hal baş verib. Belə ki xəstəxanada vəfat edən şəxsin meyiti ortalıqda qalıb.

İzləyicimizin bizimyol.info-ya göndərdiyi videodan bu daha aydın görünür.
Məlum olur ki, bu tibb müəssisəsinin işçiləri meyiti xəstəxananın dəhlizinə çıxarmaqla işini bitmiş hesab ediblər.

Xəstəxanaya yaxınlarınını ziyarət etməyə gələn ziyarətçilər xoşagəlməz görüntüdən təsirləniblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə informasiya sorğusu göndərilib.

Bənzər yazılar

Back to top button