CəmiyyətXəbərlər

Cinayət Məcəlləsində yeni bənd: I qrup əlillər və hərbi qulluqçularla bağlı dəyişiklik

Azərbaycanda islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin olunmayacaq.

AzToday.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 49-cu (islah işləri) maddəsinə yeni bənd əlavə edilir.

49.4-cü maddəyə əsasən, islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir.

Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bənzər yazılar

Back to top button