İdman

Avro-2017: Qadın voleybolçularımız 1/4 finalda

Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub.
AzToday.az-ın “Bizimxeber”ə istinadən xeber verir ki, A qrupunda yer alan Azərbaycan yığması son turda Milli Gimnastika Arenasında Almaniya komandası ilə qarşılaşıb.

Görüş Faiq Qarayevin yetirmələrinin 3:1 (19:25, 25:19, 25:18, 25:18 ) hesablı qələbəsi ilə başa çatıb.

Qrupda üç oyunun hamısını qələbə ilə başa vuran Azərbaycan millisi adını birbaşa 1/4 final mərhələsinə yazdırıb

Bənzər yazılar

Back to top button