Rusiyanı heyrətə gətirən azərbaycanlı vunderkind danışdı

Print Friendly, PDF & Email

Altı yaşlı azərbaycanlı “Rusiya 1” kanalındakı verilişdə hər kəsi heyrətə gətirib. Ruslan Səfərov ən çətin hesablamaların cavabını bir neçə saniyəyə düzgün taparaq münsiflər heyətini, eləcə də tamaşaçıları təəccübləndirib. “AzToday.az”ın xəbərinə görə, səhnədə alqışlarla qarşılanan bu balaca həmyerlimiz Xəzər TV-yə danışıb.

Yaxınlarının sözlərinə görə, Ruslandakı bu qabiliyyəti hələ bir yaşında olarkən aşkar ediblər. Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib.

İki yaşında yazıb-oxumağı bacaran Ruslan daha çətin misalların həllinə başlayıb.

Hazırda o, yuxarı siniflərə məxsus çətin riyazi misalların həllini öyrənir.

...