Kürd referendumunun nəticələri bəlli oldu

Print Friendly, PDF & Email

Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumunun nəticələri məlum olub.

“Ölkə.Az” xəbər verir ki, referendumdan sonra səsvermənin nəticələri hesablanıb. Hesablanmadan sonra səsvermənin ilkin nəticələri açıqlanıb.

Hesablamalara görə, səsvermənin ilkin nəticələrində muxtariyyatın müstəqilliyi qəbul edilib. Səsvermədə 97.8 faiz seçici müstəqilliyin lehinə səs verib. Səsvermənin nəticələrinin hesablanması davam edir. İlkin nəticələrdən sonra yekun nəticələrin açıqlanması gözlənilir.

Referendumun ilkin nəticələrini təqdim edirik:
Səsvermədə 138.585 seçici iştirak edib. Onlardan 97.8 faizi müstəqilliyə “hə” deyib. Müstəqilliyi istəməyənlərin isə sayı 2.92 faiz olub.

Qeyd edək ki, bu gün Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Türkiyə dövləti referendumu birmənalı olaraq pisləyib.

...