Mədəniyyət

Əlikram Bayramov toyda döyülməsindən danışdı: “Dava düşdü, qaçdıq qəbiristanlığa” (VİDEO)

“İzzət Bağırovun başına gələn iş, o qədər mənim başıma gəlib.”

ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı müğənni Əlikram Bayramov belə deyib.

Maraqlı açıqlamalar verən müğənni, Manaf Ağayevin həmkarları İzzət Bağırovla bağlı söyləntilərini də cavabsız qoymayıb:

“O qədər yumruqlar atıblar, mikrafonumuzu alıblar, qəbiristanlığa basıblar. O guya nə vaxt olmayıb ki, kimin başına gəlməyib? Dava düşüb qaçmışıq qəbiristanlığa. Sintizator çalanın 1 səhvi ucbatından bütün kənd üstümüzə düşmüşdü. Qaşım çatlayıb. İdmançı imiş. Necə fırlandısa qaşımda hələ də yeri qalıb. Yerdə necə qalmışamsa, 1 saat sonra ayılıb demişəm ki, mənə nə olub? Yəni döyülmüşük də, vurulmuşuq da, polisə də düşmüşük. Toy məclisi çox şər yerdi. Bir yerdəki içki içilir, mənim ağlım başımda olmayacaq və hər şey ola bilər. Çatan kimi kənd yerlərində yer gəzin qaçmağa. Bir dənə səhv elədin kənd gəldi, nə edəcəksən? İndi də mənə zəng edirlər ki, niyə Manaf belə deyib? Manafın evində o qədər yeyib-içmişik. Özüdəki süfrəsi açıq adamdır. Amma niyə belə deyib? Heç olmasa bizi çıxartma özündən”.

Bənzər yazılar

Back to top button