Valverde Arda Turanın karyerasını bitirdi

Print Friendly, PDF & Email

“Barselona”nın “Sportinq”lə oynayacağı Çempionlar Liqası matçı üçün heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Ernesto Valverdi Arda Turanın adını bu dəfə də heyətə salmayıb.

Baş məşqçi bu mövsüm türk futbolçuya heç bir oyunda şans verməyib. “Barselona” cari mövsümdə 2 Super Kuboku, 6 La Liqa və 1 Çempionlar Liqası matçına çıxıb. Arda Turanın adı yalnız I turun “Betis”lə oyununda “18-liy”ə daxil edilsə də, onda da oynamaq şansı qazanmayıb.

“Barselona”nın “Sportinq”lə oyun üçün heyəti:

Mark-Andre ter Stegen, Sacper Killessen, Fvkşft Ortala, Cerard Pike, Nelson Semedo, İvan Rakitiç, Serxio Buskets, Denis Suares, Andres İnyesta, Luis Suares, Lionel Messi, Xavyer Maskerano, Paulinyo, Cerard Deulofeu, Jordi Alba, Lukas Diqne, Serj Roberto, Andre Qomes, Aleyks Vidal, Samuel Umtiti.

...