Elza Seyidcahandan yeni şeir: “Kəfini yedim”

Print Friendly, PDF & Email

Əməkdar artist Elza Seyidcahan yeni şeiri

Azxeber.az xəbər verir ki, hər zaman maraqlı şeirləri ilə gündəmə gələn Elza Seyidcahan bu dəfə ənənəyə sadiq qalıb. O “Deşik-deşik dünya” adlı yeni şeirini sosial şəbəkədə oxucularına təqdim edib.

Həmin şeiri təqdim edirik.

“Deşik-deşik dünyaya”

Qazanım daşdı
Kəfini yedim
Qapağın açdım
Üzünü yedim.
Qarışdırıb içini yedim
Yedim, yedim
Dibini yedim.
Qazıb qazıb.
Deşdim dibini
Qazanın.
Kəfkirim azıb.
Dibi deşik qazandan
Çıxdı havaya,
Mən də baxdım
Kəfkirdən
Deşik-deşik dünyaya.
Qonaq olduq
Həsrətini çəkdiyim
Röyaya.
Buzlanmış
Şaxtadan beynim
İşti şorbayadır meylim.
Köhnə saat kəfkiri
Çalırdı tamam.
Təzə dərdin yaşları
Burmundan daman.
Günahları içimdə
Mən boöan adam.
Köhnə saat kəfkiri
Vur, vur
Vur əqrəbi
Çalsın, çalsın.
Saniyələr səs salsın
Burnum axır
Fürsət baxır,
Köhnə çaxır
Vaxt yetişir
Kəfkir vurur tamamı,
Əqrəb çalır zamanı
Səs düşəndə axanı
Çəkin, udun
Silin, atın
Burnunuzdan pisləri
Köhnə saat kəfkiri
Görür hissləri
Örtür bizləri.

...