“Qarabağ” – “Roma”: start heyətləri açıqlandı

Print Friendly, PDF & Email

Sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Roma” oyunu keçiriləcək. İtaliya mətbuatı komandaların meydana çıxacağı mümkün start heyətlərini açıqlayıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 4-2-3-1 taktiki sxemindən istifadə edəcəyini düşünən həmkrlarımız start heyətində bu futbolçuların yer alacağını ehtimal edir:

İbrahim Şehiç – Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Yakub Jezniçak – Qara Qarayev, Riçard Almeyda – Pedro Enrike, Miçel, Donald Gerrye – Dino Ndlovu.

İtaliya mətbuatı iddia edir ki, “Roma”nın baş məşqçisi Eysebio Di Françesko 3 hücumçunun xidmətindən yararlanacaq və komandası meydana 4-3-3 taktiki sxemi ilə çıxardacaq. Həmkarlarımızın ehtimalı doğrulsa, “Roma”nın start heyəti belə olacaq:

Alissona – Bruno Peres, Kostas Manolas, Federiko Fazio, Aleksandr Kolarov – Daniele De Rossi, Kevin Strotman, Raca Nainqqolan – Stefan Əl-Şaravi, Edin Dzeko, Qreqorye Defrel.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı saat 20.00-da start götürəcək.

...