İcra başçısının müavini “Kürdüstan”ı dəstəklədi, hüquq-mühafizə orqanları hərəkətə keçdi

Print Friendly, PDF & Email

Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev, sosial şəbəkələrdə İraqın şimalında keçirilən kürdlərin müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşıb. Bu məsələ dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün “Facebook” səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

...