“Qarabağ”ın oyununa rekord qiymətə bilet satılır – FOTO

Print Friendly, PDF & Email

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matça biletlərin hamısı satılıb.

BAKU.WS-in məlumatına görə, biletlərin hamısı rəsmi olaraq satılıb tükənsə də “qara bazar”da satış davam edir.

Hətta vəziyyət o yerə gəlib çatıb ki, biletlər elan saytlarında da yerləşdirilir. BAKU.WS-in əməkdaşının apardığı qısa müşahidə zamanı məlum olub ki, 2 manatlıq biletlər ən azı 10 dəfə baha (20 manat) satılır.

Redaksiyamıza daxil olan şikayətlərdən isə bəlli olur ki, VİP zonadan izləmək üçün nəzərdə tutulan 50 manatlıq biletlər isə 200 manata satılır.

“Qara bazar”ın qarşısının alınmasıyla bağlı “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, insanlar onlayn bilet satışından yararlanaraq rahat şəkildə biletlərini alıblar.

“Bütün dünyada onlayn bilet satışı praktikasından istifadə olunur. Bu, eyni zamanda tələblərdən biri idi. Biz də bunu tətbiq etdik. Ümumi götürsək, heç bir narazılıq yoxdur və insanlar da rahat şəkildə biletlərini alıblar”, – deyə klub rəsmisi bildirib.

...