İdman

MY Sançoya bunu etməyə icazə vermədi, azarkeşlər etiraz etdi

Premyer Liqanın bərpası ərəfəsində “Mançester Yunayted” cari mövsüm üçün heyətinin fotosunu çəkib.

Fanat.az “Manchester Evening News” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı Ceydon Sanço Karrinqton məşq meydançasında fotosessiyada iştirak etməyib.

“Mançester Yunayted” azarkeşlərinin çoxu sosial mediada Sançonun çəkilişlərdə iştirakına icazə verilməməsinə mənfi reaksiya verib, Erik ten Haqdan narazı qalıblar. Komandanın azarkeşlərinin fikrincə, baş məşqçi bu vəziyyəti daha yaxşı idarə edə bilərdi.

Xatırladaq ki, Erik ten Haqla Ceydon Sanço arasında münaqişə, məşqçinin mətbuat konfransında hücumçunun yaxşı məşq etmədiyini deməsi ilə başlayıb. Sanço ictimaiyyət qarşısında bu iddiaları böhtan adlandırıb və “günah keçisi” olmaqdan bezdiyini bildirib. Bundan sonra ona komanda ilə məşq etmək qadağan edilib.

Bənzər yazılar

Back to top button