Xəbərlər

Rusiya “Facebook”a qadağa qoya bilər

Əgər “Facebook” Rusiyada qüvvədə olan şəxsi məlumatların lokallaşdırılması barədə qanunun tələblərini yerinə yetirməzsə, 2018-ci ildən etibarən onun bu ölkədəki fəaliyyətinə xitam veriləcək.

InfoAZ.org “Russia Today” telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Jarov bildirib.

“Qanun hamı üçün icbaridir. Biz ya qanunun tələblərinin yerinə yetirilməsinə nail olacağıq, ya da “Facebook” “Linkedin” kimi Rusiya ərazisindəki fəaliyyətini dayandıracaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə məsələyə tam aydınlıq gətiriləcək.

Bənzər yazılar

Back to top button