Bizim seçimGündəmManşetXəbərlər

ATV prezidenti telekanaldan uzaqlaşdırıldı – YENİ TƏYİNAT (YENİLƏNİB)

Bizimyol.info saytına bu dəqiqələrdə daxil olan məlumata görə ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Onun işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub.

Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində fəaliyyət göstərib.

***

ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun aparıcısı oldğu “ATV Səhər”in yayımı yenidən dayandırılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalına gəlib və iclas keçirilib.

Bir qədər əvvəl isə redaksiyamıza daxil olan məlumatda telekanal rəhbərliyinin istefaya göndərildiyi deyilir.

Televiziyanın rəhbəri Vüqar Qaradağlı, vitse-prezident Rauf Dadaşov və Turan İbrahimov gedənlərin siyahısındadır.

XƏBƏR YENİLƏNİR…

Bənzər yazılar

Back to top button