İcra Hakimiyyəti: “İsmayıllıda kiminsə gümanına gələ bilməz ki, şəhid ailəsinin …”

Print Friendly, PDF & Email

İsmayıllı Rayon İcra Hakimiyyəti AzToday.az-da işıqlandırılan “İcra başçısı min manata görə şəhid ailəsini təhdid edir” (ŞİKAYƏT)  başlıqlı yazıya cavab verib.

İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorundan Aztoday.az-a daxil olan yazılı cavabı olduğu kimi təqdim edirik:

“Şəhid ailəsinin qayğısını çəkməyinizi, onun məişət həyatı üçün narahatlıq hissi keçirməyinizi bəyənir və təqdir edirik. Onu da qeyd etməyi vacib sayırıq ki,rayonun Topçu kənd sakini, şəhid Elşad Məmmədovun ailəsinə İsmayıllı şəhəri ərazisində hər cür məişət və kommunal şəraiti olan mənzil verilib. Ailə həmin mənzili kirayəyə verərək əvvəl yaşadığı kəndə köçüb.

Yaşayış yerinə qaz çəkilməsi istəyinin vətəndaşın haqqı olduğunu yaxşı bilirik. Lakin qaz çəkilişi məsələsi rayon icra hakimiyyətindən yox, “Azəriqaz” İstehsalat Birliyindən asılıdır. Bu barədə rayon icra hakimiyyətinin rəhbərliyi adından İstehsalat Birliyinə müraciət edilib. İsmayıllıda kiminsə gümanına gələ bilməz ki, şəhid ailəsinin hər hansı bir müraciətini rayon icra hakimiyyəti cavabsız qoysun.

Yazınızda toxunulan digər məsələlərlə əlaqədar fikir bildirməyi artıq sayırıq. Çünki yazılanlar həqiqətə uyğun deyildir”.

Babək Əliyev

Aztoday.az

...