HadisəXəbərlər

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

Tovuz rayonunda bu gün səhər saatlarında idarəetməni itirərək kanala aşan “Mercedes” markalı avtomobilin sürücüsü Namiq Bəşirov komaya düşüb.

AzToday.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində N.Bəşirov ağır kəllə-beyin travması alıb və ağciyəri deşilib. Tovuz rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətində çatdırılan sürücüyə ilkin tibbi yardım göstərilsə də, müalicələr effekt verməyib. Xəstə koma vəziyyətindən ayılmadığı üçün təcili yardım avtomobili ilə Gəncə Beynəlxalq Xəstəxanasına köçürülüb.

Digər yaralı Emin Məmmədrzayevin isə vəziyyəti sabit ağır kimi qiymətləndirilir və o, Tovuz rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 26-da səhər saatlarında Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək kanala aşıb. Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan sürücü, rayonun İsmayıllı kənd sakini, 1984-cü il təvəllüdlü Bəşirov Namiq Tofiq oğlu və sərnişini, Qaraxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədrzayev Emin Allahverdi oğlu ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bənzər yazılar

Back to top button