“Maşın” şouda kimlər iştirak edəcək? – “Adlar məlumdur”

Print Friendly, PDF & Email

Xəbər verdiyimiz kimi, ötən mövsümü ilə reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən başlayır.

AzToday.az Publika.az-a istinadən xəbər verir ki, 15-ci sürət və “Xanımlar və cənablar” adlandırılan layihənin budəfəki hissəsi yaxın günlərdə start götürəcək. Bu barədə saytımıza açıqlama verən layihənin rəhbəri və aparıcısı Murad Dadaşov adların artıq məlum olduğunu bildirib:

“Adlar məlumdur. Sona qədər açıqlaya bilmərəm. Açılış günündə hər kəs biləcək. Onların içərisində jurnalistlər də var. Vəd verdiyimiz kimi, oktyabrın 1-i tamaşaçı qarşısına çıxa bilməyəcəyik. Çünki hələ ki çatdıra bilmirik. Komandamız var gücü ilə çalışır, yaxın günlərdə mediaya daha ətraflı açıqlama verəcəyik”.

Qeyd edək ki, “M Group Production” layihə ilə bağlı 28 sentyabr tarixində mətbuat konfransı keçirəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

...