İdman

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”ın yeni transferi haqda nə danışdı?

“Kopenhagen”in baş məşqçisi Stale Solbakken komandadan ayrılan Uroş Matiçin “Qarabağ”a keçidindən danışıb.

Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında əvvəlcə serbiyalı yarımmüdafiəçi ilə yolları ayırmalarının səbəbini izah edib:

“Uroşu çox yaxşı tanıyırıq. Həm əsl peşəkardı, həm də yaxşı futbolçudu. Ancaq onu oyun üslubumuza uyğunlaşdırmaq alınmadı. Açıq futbolda yaxşı mübarizə aparırdı, oyun səviyyəsini də inkişaf etdirdi. Ancaq ümid etdiyimiz, istədiyimiz kimi olmadı. Heç bir inciklik olmadan yollarımızı ayırdıq.

O, titul qazanmağa kömək etdi, həmçinin Avropa Liqasında “Ayaks”la dramatik oyunlarında komandanın bir hissəsi olaraq mübarizə apardı, klubda özünəməxsus iz buraxdı. Uroşa və ailəsinə ən yaxşı arzuları diləyirik”.

Qeyd edək ki, Danimarka klubu 30 yaşll futbolçu ilə 1 illik müqaviləni qarşılıqlı razılıqla pozub. 2017-ci ildə “Kopenhagen”ə keçən Matiç daha sonra “Austriya” və “Apoel”də icarə əsasında top qovub.

Bənzər yazılar

Back to top button