İdman

“Mançester Yunayted” 100 milyonluq futbolçu alır

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Atletiko”nun ulduzu Antoine Qrizmanndan əl çəkmir. Fanat.Az xəbər verir ki, İngiltərə klubu fransız futbolçu üçün yeni təklif göndərməyə hazırlaşır.

“Mançester Yunayted” yayda da Qrizmannı heyətinə qatmaq istəyirdi. Amma transfer qadağası səbəbindən heyətinə yeni futbolçu qata bilməyən Madrid klubu fransalı ulduzunu buraxmamışdı. Qışda transfer qadağası bitəcəyindən “Atletiko” Qrizmann üçün “Mançester Yunayted”in 100 milyon avroluq təklifini dəyərləndirmək istəyir. Üstəlik ispanlar “Çelsi”dən Dieqo Kostanı transfer edib və müqavilələ qışda – transfer qadağası bitəndən sonra rəsmiləşəcək.

Qeyd edək ki, Qrizmann 2014-cü ildə “Real Sosyedad”dan “Atletiko”ya 30 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt”ın 80 milyon avro qiymət qoyduğu 26 yaşlı hücumçunun Madrid klubu ilə 2022-ci ilədək müqaviləsi var.

Bənzər yazılar

Back to top button