Türkiyə Azərbaycanın seçimindən imtina etdi

Print Friendly, PDF & Email

Türkiyənin Appelyasiya Məhkəməsi, ölkədə qış vaxtına keçidin ləğv edilməsi və daimi yay vaxtının tətbiq edilməsi ilə bağlı hökumətin qərarını ləğv edib. AzToday.az “Sözcü”-yə istinadən xəbər verir. Qərarı məhkəmənin icra şöbəsi idarə heyəti verib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 27 mart 2016-cı il tarixli qərarına əsasən, həmin tarixdən başlayaraq ölkədə daimi yay vaxtı saatı tətbiq olunurdu. Məqsəd vətəndaşların gün işığından daha çox istifadə etməsi üçün idi.

Məhkəmə bu gün verdiyi qərarla, Nazirlər Kabinetinin belə səlahiyyəti olmadığını bəyan edir. Qərar CNN Türk telekanalı vasitəsilə yayımlanıb.

Xatırladaq ki, Azərbaycanda da qış vaxtına keçid ləğv edilib.

...