Mədəniyyət

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Xalça Muzeyinin əməkdaşları – Abasova Aygün Elşad qızı və Səlimov Yalçın Ramiz oğlunu “Tərəqqi” medalı ilə təltif edib.

Prezident həmçinin Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Xalça Muzeyinin əməkdaşları – Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı və Zeynalova Rəma Mais qızının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

İlham Əliyev Xalça Muzeyinin əməkdaşı Bəşirov Taryer Ağaveyis oğluna “Əməkdar rəssam”, Şirəliyeva Asya Əlimövsüm qızına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verib.

Prezident həmçinin Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə Təranə Qulam-Rza qızı İsgəndərovanın “Tərəqqi” medalı ilə təltif olunması barədə sərəncam imzalayıb.

Dövlət başçısı başqa bir sərəncamla Əfəndiyev Toğrul Rasim oğlu, Əsədova Xədicə Vəli qızı, Həbibova Sevda Nürəddin qızı, Məlikova Əminə Zakir qızı və Nuriyeva Mehriban Qulam qızıma “Əməkdar mədəniyyət işçisi” fəxri adı verib.

Bənzər yazılar

Back to top button