Daha dünya ölkələrini gəzmək üçün dil problemi olmayacaq (Yeni İxtira)

Print Friendly, PDF & Email

Çinin nəhəng axtarış şirkəti olan “Baidu”da çalışan proqramçılar ingilis dilində danışılan ölkələrdə turistlərin rahat səyahətini təmin etmək məqsədilə xüsusi cihaz hazırlayıb.

Publika.az xəbər verir ki, səyahətçilərin həyatını asanlaşdıran qurğunun iş prinsipi “Ulduz yolu” filmində istifadə edilən analoji qurğunun işini xatırladır.

Qurğu smartfon telefonlar üçün universal tərcümə proqramlarına oxşar funksiyaları özündə cəmləşdirib. Tərcümə qurğusu təxminən 150 qram ağırlıqda olacaq.

“Baidu” şirkəti hazırladığı qurğunun həm satışını, həm də kirayəsini təklif edir. İlk satış Çində gerçəkləşdiriləcək, daha sonra sifarişlə digər ölkələrə də göndəriləcək.

Qurğuya yerləşdirilən dillərin dəqiq sayı isə hələ məlum deyil.

Qaynarinfo.Az

...