Dünya

İran milli valyutasının adını dəyişdi

İran “rial” adlanan öz milli valyutasının adını “tümən” olaraq dəyişdirir.

Qaynarinfo xəbər verir ki. Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O, qeyd edib ki, onsuz da heç kim bu pula rial demirdi.

“Rial faktiki olaraq insanların həyatında mövcud deyildi”, – Ruhani deyib və vurğulayıb ki, buna görə bankların işində tez-tez qarışıqlıq olurdu, çünki hamı “tümən” deyib, lakin sənədlərdə “rial” kimi qeyd olunub. Adın dəyişmə qərarı hesablamalarda işi asanlaşdırmalıdır, valyutanın adı isə gözəl səslənməlidir.

Qeyd edək ki, indiyə kimi İranda tümən qeyri-rəsmi pul valyutası hesab olunurdu. 1 tümən 10 riyala bərabər idi. Veksel və əskinaslarda həmişə “rial” yazılsa da, gündəlik danışıqda iranlılar ona həmişə “tümən” deyiblər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button