İdman

Di Françesko: “Qarabağ” bizə çətin anlar yaşatdı”

Çempionlar Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ”ı məğlub edən (2:1) “Roma”nın baş məşqçisi Eysebio Di Françesko oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

– Demək olar ki, iki hissə istirahət etdiz…
– Belə düşünmürəm. İlk hissə xeyrimizə olsa da, fasilədən sonra çətin anlar yaşadıq. Rəqibin bir neçə qol imkanı oldu. Oyundan qabaq da “Qarabağ”ın güclü komanda olduğunu demişdim. Bu gün fikirlərim təsdiqini tapdı. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar.

– Oyunun tempini eyni səviyyədə saxlaya bilmədiyinizlə razısızmı?

– Bəli. Bəzən tempi saxlaya bilmədik. “Qarabağ”ın qolundan sonra daha çətin oldu. Çatışmazlıqlarımız var. Əsas bugünkü nəticədi və 3 xal qazandıq. Daha çox inkişaf etməli və topla oynamalıyıq.

– İkinci hissədə əsəbi görünürdüz. Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonsun zəif çıxışı?
– Qonalons pis oyunamadı. Ancaq artıq gənc deyil və daha diqqətli olmalıdı. Ötürmələrə gəlincə, bəli bu, çox önəmlidi. Hər iki tərəfdən qaçmaq asandı, əsas məsələ uzun ötürmələrin dəqiq olmasıdı. Düzdü, belə ötürmələrin də tərəfdarı deyiləm, ancaq bəzən ehtiyac yaranır.

– İlk iki qoldan sonra oyununuz alınmadı. Bu arxayınlıqla bağlı idi?

– Arxayınlaşmaqdan söhbət gedə bilməz. Qollardan sonra da imkanlarımız oldu. Rəqib də bizə çətinlik yaşatdı. Get-gedə daha çox hücum etdilər. Bu da çox hücum etməyimizə imkan vermədi.

– “Qarabağ”ın heyətində xüsusi fərqləndirə biləcəyiniz futbolçu varmı?
– Bütün komanda yaxşı oynadı. Ən xoşuma gələnlər hücum xəttindəki futbolçular idi. Dino Ndlovu, Pedro Enrike və Mahir Mədətov xüsusilə fərqləndi.

Bənzər yazılar

Back to top button