Hadisə

İnformasiya agentliyinin baş direktoru Ramil Usubova müraciət etdi

Dosye.org informasiya agentliyinin baş direktoru Elman Nigaran daxili işlər naziri, cənab Ramil Usubova müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli nazir!

Başıma gələn məlum hadisələri obiyektiv araşdırılmasına və cinayətkarların tapılıb layiqli cəzalanacaqlarına görə sizlərə üz tuturam. Siz, ölkə mətbuatına kifayət qədər diqqət yetirən insansınız. Elə bu səbəbdən müraciətimi sayt vasitəsi ilə sizə çatdırıram və inanıram ki, müraciətim diqqətdən kənar qalmayacaq.

Cənab nazir, Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində fəaliyyət göstərən “Divan” restoranından mənim pul kisəm, içərisində 1200 manat, şəxsiyyət vəsiqəm və “Kapital” bankın kartı oğurlandı.  Hadisə 13 sentyabr, təqribən saat 19: 54 radalərində baş vermişdir. Mən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək araşdırmalara başladılar. Nəhayət video görüntüdən aydın olur ki, üç nəfər tanımadığım şəxslər mənim masamın üzərindən pul kisəsini götürüb restorandan uzaqlaşırlar. Polis əməkdaşları 7 gün ərzində bir nəfəri olsun belə məsuliyyətə cəlb edə bilmədilər. Vəziyyətin bu cür davam etdiyini görüb 4-cü polis bölməsinin rəisi Ruslan Hüseynovun qəbuluna getdim. Rəisdən xahiş etdim ki, görüntüləri mənə versinlər və oğruların tapılmasında köməklik göstərim. Bəli, təklifimə rəis etiraz etmədi. Həmən fotolarla “Divan” restoranında birini görüb dərhal polislərə məlumat verdim. Samir adlı Sumqayıt vətəndaşı ilkin izahatında göstərmişdir ki, 13 sentiyabr saat 19:54 radələrində hadisə baş verən ərazidə olmuşam. Sərxoş olduğum üçün kimlərlə birlikdə olduğumu xatırlamıram. Maraqlısı budur ki, onlar birlikdə çay içdikdən sonra pul kisəmi oğurlayırlar. Video görüntüdə Samirin onlarla birlikdə durub getdiyi də açıq görünür. Samir şübhəli şəxs qismində saxlanılarkən atası (adını xatırlamıram) və xalası oğlu mən yaxınlaşaraq dəyilmiş ziyanın ödənilməsinə hazır olduqlarını bildirdilər. Lakin mənə məxsus sənədlərin qaytarılmayacaqlarını biləndə etiraz etdim.

Cənab nazir, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində təhqiqatın müstəntiqindən xahiş etdim ki, cinayət işinin başlanılması üçün lazımı addımlar atsın. Hətta Sumqayıt şəhər prokurorluğunda oldum və şəhər prokurorun köməkçisi Orxan müəllimə məlumat verdim. Nəhayət fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 170730349 nömürəli cinayət işi başlanılıb. 27.09.2017-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nın müstəntiqi, polis kapitanı Abbas Mustafayevin icratında olduğu üçün onunla telefon əlaqəsi yaratdım. Müstəntiq A. Mustafayev bildirdi ki, Samirin izahatı alınıb və sərbəst buraxılıb. Əslində, fakta əsasən Samir şübhəli şəxs qismində həbs edilməli idi.

Cənab nazir,  həmişə polislərə güvənim olub və olacaqdır. Ölkədə olan firavanlıq və sabitlik bunu deməyə əsas verir. Sizin rəhbərliyiniz altında neçə-neçə cinayətkar dəstə ifşa edilib məsuliyyətə çəlb edilmişdir. Bütün bunları nəzərə alıb sizdən xahiş edirəm ki, Sumqayıt şəhərində baş verən hadisənin dəqiq araşdırılması üçün lazımı göstərişlərinizi verəsiniz”.

Bənzər yazılar

Back to top button