Abbas Abbasovun əsas “krişası” vəzifədən getdi

Print Friendly, PDF & Email

Dağistan prezidentinin qəfil istefasına səbəb nə? Şübhə yoxdur ki, Abdulatipovdan sonra Abbasovların da qonşu respublikadakı biznesi sıxışdırılacaq…

Dağıstan prezidenti Ramazan Abdulatipov  gözlənilmədən vəzifəsindən  istefa verib. Rusiya siyasətində tanınmış simalardan olan R.Abdulatipovun  istefaya gedəcəyi ilə bağlı xəbərlər dərhal  KİV-lərin baş xəbəri olub. “Bu, hər kəs üçün gözlənilməz oldu, heç kim bunu bilmirdi. Abdulatipov axıra qədər burada işləməyi planlaşdırırdı. O, istefası haqqında ərizəni bu gün yazıb” deyə xəbərlərdə bildirilirdi.

Günün ikinci yarısında “Danişir Moskva ” radiosu Abdulatipovun özünün mövqeyini  öyrənib. “Mən istefa haqqında ərizə verəcəyəm. Ehtimal ki, bu gün. Sonra nə? Əgər sağ və sağlam olacağamsa, harasa qayıdacağam. Məndə bu planda çox böyük maraqlar palitrası var” deyə,  R.Abdulatipov bildirib. 

İstefanın əsas səbəbi kimi o, yaşını göstərib: “İstefanın səbəbi yaşdır, artıq 71-ə çatmışam. Mən düşünürəm ki, səbəb budur, çünki bütün qalan məsələlər üzrə respublika inkişafdadır, o, vaxtilə yaşadığı ağır böhrandan çıxarılıb”.

Image result for kreml

O deyib ki, yerinə bir neçə namizəd də göstərib. “Mən kiminsə adını çəkdim, onlar isə kimisə axtarır. Qərarı prezident qəbul edir. Mənim yeganə arzum budur ki, Dağıstanı etibarlı əllərə  versinlər” deyə, Abdulatipov bildirib.

Rusiya KİV-ləri Kremlin Abtulatipova yenə iş təklif edəcəklərini xəbər verib, artıq sabiq hesab oluna biləcək prezident isə elmi fəaliyyətlə məşğul olmaq istədiyini deyib.

Image result for Abbas ABbasov

Abdulatipovun  son bir həftədə istefaya gedən 4-cü region rəhbəri olduğunu nəzərə alsaq,  onun qəfil vəzifədən çəkilməsi  suallar doğurur. Onun səhhəti ilə bağlı problemlər olduğu  yeni xəbər deyil. Son illər Abdulatipov müalicə üçün Naftalana gəlirdi. Onun ciddi xəstəliyi olduğuna dair indiyədək hər hansı məlumat yayılmayıb.

4 il əvvəl-2013-cü ilin  sentyabr ayının 9-da  Dağıstan Xalq Məclisində keçirilən səsvermə zamanı R.Abdulatipov  88 millət vəkilindən 86-nın səsini qazanaraq prezidenti seçilmişdi.  Abdulatipovun o dövrdə Dağıstan rəhbəri postuna namizədliyi də indiki istefası qədər gözlənilməz olmuşdu. O zaman artıq fəal siyasətdən çəkinmiş kimi görünən Abdulatipov  Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun yaradığı “Milyarderlər İttifaqı”nda təmsil olunurdu. Dağıstanda  həm siyasi vəziyyət və iqtisadi çətinliklərin fonunda Abdulatipov doğrudan da yaxşı namizəd kimi görünürdü.  İddia olunurdu ki,   Abdulatipov özü 4 il Rusiya rəhbərliyinə çıxış axtarsa da, buna  Abbas Abbasov və onun adamları sayəsində nail olub. Kreml də onun namizədliyini uyğun bilərək dəstəkləyib.

Related image

A.Abbasov  Abdulatipov prezident təyin ediləndən sonra Dağıstanda  geniş biznes şəbəkəsi qurdu. Abbas Abbasovun oğlu da hazırda Dərbənddə  çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir.  Rusiya mətbuatında bu mübhəm dostluqla bağlı müxtəlif rəylər vardı.  Dağıstan rəhbəri Abbas Abbasovla dostluq münasibətlərinə görə hətta açıq tənqid olunurdu. Məsələn, “Dostunuzu göstərin, kim olduğunuzu deyim” başlıqlı müəllif yazısından sitat: “Dağıstan rəhbərinin dostları sırasında Abbas Abbasov kimi intriqaçı, təxribatçı və burnunu hər yerə soxan bir şəxs varsa, onda onu hansı aqibət gözləyəcəyi bəri başdan bəlli olur. Abbas Abbasov ölkəsi Azərbaycanda da sevilmir. Bu şəxsdən uzaq durmaq lazımdır. Əgər Abdulatipov yaxın vaxtlarda Abbasovla dostluğuna son qoymasa, onun ”papağı” yerə düşəcək”. Yazı bir neçə il əvvəl yazılsa da, bu gün xüsusi diqqət çəkir.

Dağıstan prezidentinin A.Abbasovla Azərbaycan hakimiyyətini  barışdırması üçün bir neçə dəfə cəhd etdiyi deyilirdi. Amma bu təklifi Azərbaycan hakimiyyəti qəbul etməyib. Yalnız bir dəfə R. Abdulatipov Abbas Abbasovun Beynəlxalq Bank işinə görə həbs edilən qardaşı Nadir Abbasovun azadlığa buraxılması üçün xahişi nəzərə alınıb.  

A.Abbasovun ən yaxın adamlarından biri, son illər isə açıq şəkildə “krişası” olan Abdulatipovun  vəzifədən getməsi sabiq vitse-primyer üçün  ciddi zərbədir.  Bakıya buraxılmayan  A.Abbasov  Xəzərin o biri  tayında  biznesini inkişaf etdirir və Azərbaycan həsrətini ovudurdu. Şübhə yoxdur ki, Abdulatipovdan sonra Abbas Abbasov da Dağıstanda  sıxışdırılacaq… (Musavat.com)

...