Edin Dzeko: “Qarabağ”a qalib gəlmək asan deyildi”

Print Friendly, PDF & Email

“Bütün məsələləri ilk yarıda həll etməli idik. “Qarabağ” qol vurduqdan sonra bizə bir qədər çətin oldu. Bununla belə, rəqibin təzyiqinə dözə bildik və hamımız birgə vacib nəticəyə nail olduq”.

Bunu İtaliyanın “Roma” klubunun futbolçusu Edin Dzeko Bakıda “Qarabağ”ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.

Bosniya və herseqovinalı hücumçu əsas məsələnin qələbə olduğunu bildirib: “Yalnız bu fakt əhəmiyyətlidir ki, 3 xal qazandıq. Qalib gəlmək asan deyildi, amma sonda evimizə qələbə ilə qayıdırıq. Hər şey qaydasındadır”.

Qeyd edək ki, Edin Ceko 15-ci dəqiqədə “Roma”nın ikinci qolunu vurub.

...