İdman

Mbappe PSJ-nin qarşısına şərt qoyub – “Real”a transferi ilə bağlı

Kilian Mbappe PSJ ilə müqavilə yeniləməyə hazırdı.

Fanat.Az “As” nəşrinə istinadən xəbər verir ki, müqaviləyə, gələcəkdə müəyyən məbləğ qarşılığında “Real”a (və ya başqa top-kluba) transferinə icazə verən bənd daxil ediləcəyi təqdirdə, Mbappe PSJ ilə əməkdaşlığı uzatmağa razılıq verəcək.

Təzminat qiymətinin Paris təmsilçisinin Neymar üçün “Barselona”ya ödədiyi məbləğə – 222 milyon avro – yaxın olacağı güman edilir.

Bu, “Real”ın xeyrinə olmayacaq. Çünki Madrid klubu fransız hücumçunu, müqaviləsinin sonuna bir il qalmış – 2021-ci ilin yayında aşağı qiymətə transfer etmək niyyətində idi. Daha əvvəl “kral klubu” Eden Azarın keçidində bənzər strategiyadan istifadə etmişdi.

Bənzər yazılar

Back to top button